Главная > Siyasət > Rusiya Çernobıl AES ərazisini nəzarətə götürdü

Rusiya Çernobıl AES ərazisini nəzarətə götürdü


24-02-2022, 23:06. Разместил: admin
Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının ərazisini nəzarətə götürüb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.

Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak da məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, hazırda stansiya təhlükədədir, təxribat riski var:

"Ağır döyüşdən sonra Çernobıl sahəsinə nəzarətimiz itirildi. Keçmiş Çernobıl AES-in obyektlərinin vəziyyəti, saxlama və nüvə tullantıları anbarı məlum deyil.

Rusların bu istiqamətdə tamamilə mənasız hücumundan sonra Çernobıl AES-in təhlükəsiz olduğunu demək mümkün deyil. Bu, Avropa üçün bu gün ən ciddi təhlükələrdən biridir. Ruslar, yəqin ki, Çernobıl AES-də artıq təxribat xarakterli şeylər hazırlayırlar, ya da ondan istifadə edəcəklər”.
Вернуться назад