Главная > Siyasət > Blinken Lavrovu gələn həftə Avropada görüşə dəvət etdi

Blinken Lavrovu gələn həftə Avropada görüşə dəvət etdi


18-02-2022, 09:17. Разместил: admin
ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrova gələn həftə Avropada görüşmək təklifi ilə məktub göndərdiyini bildirib.

“Azadsəs.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

“Bu gün səhər mən Rusiyanın xarici işlər naziri Sergey Lavrova məktub göndərdim və bu böhranı münaqişəsiz həll etmək üçün atacağımız addımları müzakirə etmək üçün son həftələrdə apardığımız danışıqların davamı olaraq gələn həftə Avropada görüşməyi təklif etdim”, - deyə Blinken vurğulayıb.

O əlavə edib ki, ABŞ Rusiyaya Rusiya-NATO Şurası və ATƏT formatında görüşlər də təklif edir.


Вернуться назад