Главная > Siyasət / Manset > Ərdoğanla Putin arasında telefon danışığı olacaq

Ərdoğanla Putin arasında telefon danışığı olacaq


16-02-2022, 18:48. Разместил: admin
“Cənab Zelenski ilə görüşdə o, “Putin, Zelenski, Ərdoğan” arasında üçtərəfli görüşə müsbət yanaşdığını bildirib”.

“Azadsəs.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərindən geri dönərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Vladimir Putin də bu məsələyə müsbət yanaşarsa, İstanbul və yaxud Ankarada görüş həyata keçirməyə ümid edirik. Yeri gəlmişkən, Putinlə telefon danışığı zamanı bu məsələyə münasibətini öyrənəcəm”, - deyə Ərdoğan söyləyib.
Вернуться назад