Главная > Siyasət > Donbassda Azərbaycan vətəndaşları hərbçilər tərəfindən saxlanıldı

Donbassda Azərbaycan vətəndaşları hərbçilər tərəfindən saxlanıldı


16-01-2022, 20:10. Разместил: admin
Ukrayna Milli Qvardiyası Donbassda demarkasiya xətti yaxınlığında iki Azərbaycan vətəndaşını saxlayıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Luqansk vilayətində, demarkasiya xəttindən bir kilometr məsafədə yerləşən müşahidə məntəqəsində iki Azərbaycan vətəndaşı saxlanılıb. Milli Qvardiya yoxlama apardıqdan sonra müəyyən edib ki, onlardan birinin ölkədə qalma müddəti yanvarın 10-da başa çatıb. Digəri isə səbəbsiz olaraq Ukrayna ərazisində olub.

Həmçinin məlum olub ki, həmin şəxslər əvvəllər məhkumluq həyatı yaşayıblar”, - nazirliyin saytında yayılan məlumatda deyilir.

Qeyd olunur ki, hazırda saxlanılanlar Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil verilib.
Вернуться назад