Главная > Siyasət / Manset > Rusiya Ukrayna və Gürcüstanla bağlı NATO-dan gözləntisini elan etdi

Rusiya Ukrayna və Gürcüstanla bağlı NATO-dan gözləntisini elan etdi


11-01-2022, 12:22. Разместил: admin
“Ukraynanın heç vaxt NATO üzvü olmayacağına əmin olmaq bizim üçün mütləq vacibdir”.

“Azadsəs.az” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Biz istərdik ki, 2008-ci ildə Buxarest sammitində qəbul edilmiş formul NATO-nun Madrid sammitində geri götürülsün və aşağıdakı formulla əvəz edilsin: “Ukrayna və Gürcüstan heç vaxt Şimali Atlantika Alyansına üzv olmayacaqlar””, - deyə rusiyalı nazir müavini bildirib.
Вернуться назад