Главная > Siyasət > Putin Baydenlə telefonla danışdı

Putin Baydenlə telefonla danışdı


31-12-2021, 13:18. Разместил: admin
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, dövlət başçıları arasında telefon danışığı 50 dəqiqə davam edib.

Mətbuata qapalı rejimdə baş tutan söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin aktual qlobal və regional problemlər müzakirə edilib.

Qeyd edək ki, liderlər arasında sonuncu görüş dekabrın 7-də videokonfrans formatında olub və iki saatdan artıq davam edib.
Вернуться назад