Главная > Siyasət > Milo Cukanoviç İlham Əliyevə məktub ünvanladı

Milo Cukanoviç İlham Əliyevə məktub ünvanladı


28-12-2021, 19:39. Разместил: admin
Monteneqronun Prezidenti Milo Cukanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Azadsəs.az” xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident.
Əlamətdar yubileyiniz – doğum gününüzün 60 illiyi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, Azərbaycanın və dəyərli Azərbaycan xalqının firavanlığı naminə ali dövləti vəzifənizin icrasında yeni uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması və dərinləşdirilməsinə şəxsi töhfələrinizi vurğulayır, qarşılıqlı maraqlarımız əsasında münasibətlərimizin birgə inkişafına və genişləndirilməsinə həmişə hazır olduğumu bildirirəm.

Həmçinin, Azərbaycanın təkcə yerləşdiyi regionda deyil, Qərbi Balkanlarda, Avropada və beynəlxalq aləmdə də layiqli yerini tutmasında Sizin şəxsi xidmətlərinizi xüsusilə vurğulamaq istəyirəm.

Sizinlə ən yaxın zamanda görüşmək ümidi ilə yüksək ehtiramımı və dost salamlarımı çatdırıram”.
Вернуться назад