Главная > Siyasət / Manset > Saakaşvilinin məhkəməsi başa çatdı - Fotolar + Yenilənib
Saakaşvilinin məhkəməsi başa çatdı - Fotolar + Yenilənib29-11-2021, 22:13. Разместил: admin |
Bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək. “Azadsəs.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, gürcü siyasətçinin məhkəmədə iştirakı gözlənilir. “Formula” telekanalının məlumatına görə, Penitensiar Xidmətin maşını Saakaşvilinin olduğu hərbi hospitalın ərazisini tərk edib. Penitensiar Xidmət hələ ki, Saakaşvilinin məhkəməyə aparılıb-aparılmaması ilə bağlı rəsmi açıqlama verməyib. Qeyd edək ki, bu gün keçirilən məhkəmə 2007-ci il noyabrın 7-si müxalifətin aksiyasının dağıdılması işi ilə bağlıdır. Bu, Saakaşvilinin oktyabrın 1-i həbsindən bu yana keçirilən 3-cü məhkəmə prosesidir. Gürcü siyasətçi bu proseslərin heç birində iştirak etməyib. *** “TV Pirveli” telekanalının məlumatına görə, Mixail Saakaşvili Tbilisi Şəhər Məhkəməsinə aparılıb. “Bu dəqiqələrdə Saakaşvili məhkəmə binasına aparılıb. Dəqiqliklə deyə bilərik ki, Saakaşvili bu gün xalq qarşısında çıxış edəcək”, - deyə məlumatda qeyd olunub. *** Tbilisi Şəhər Məhkəməsində Mixail Saakaşvilinin iştirakı ilə məhkəmə prosesi başlayıb. *** Gürcüstanın keçmiş Prezidenti proses zamanı ölkənin məhkəmə sistemini tanımadığını bəyan edib: “Mən prokurorluğun ittihamlarını və məhkəmə sistemini tanımıram. Mən buraya əvvəlcədən yazılmış komediyanın bir hissəsi olmağa gəlməmişəm”. *** Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin cinayət işi üzrə keçirilən məhkəmə iclası başa çatıb. Qeyd olunur ki, Saakaşvilinin məhkəmədəki çıxışı bir saata yaxın davam edib. Bu müddət ərzində o, 2007-ci ildə Gürcüstanda baş verən etiraz aksiyalarında Rusiyanı ittiham edib və prezidentlik dövründə əldə etdiyi nailiyyətlərdən danışıb. İclasdan sonra sabiq prezident bir neçə maşının müşayiəti ilə təcili yardım maşınına mindirilərək məhkəmə zalından aparılıb. Вернуться назад |