Главная > Siyasət / Dünya > Əliyev, Putin və Paşinyan Soçidə görüşəcək

Əliyev, Putin və Paşinyan Soçidə görüşəcək


23-11-2021, 17:33. Разместил: admin
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçidə görüşəcək.

Bu barədə Kremlin mətbuat katibi məlumat yayıb.

Qeyd edilir ki, Putin Əliyev və Paşinyanla ayrı-ayrılıqda danışıqlar aparacaq.

Məlumata görə, Qarabağda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün atılacaq addımlar müəyyən ediləcək.
Вернуться назад