Главная > Siyasət / Dünya > Ukrayna Donbassda ilk dəfə “Javelin” raketlərindən istifadə etdi

Ukrayna Donbassda ilk dəfə “Javelin” raketlərindən istifadə etdi


22-11-2021, 16:52. Разместил: admin
Ukrayna ilk dəfə olaraq Donbassda Amerika istehsalı olan tank əleyhinə raket kompleksi “Javelin”dən istifadə edib.

“Azadsəs.az” xəbər ki, bu barədə “Military Times” nəşrinin baş redaktoru Hovard Oltmən öz tviter hesabında etdiyi paylaşımda məlumat verib.

O bildirib ki, bu haqda məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovdan alıb.

Kirill Budanov “Military Times” nəşrinə verdiyi müsahibəsində qeyd edib ki, raket kompleksi Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatları ilə birlikdə Rusiya yönümlü qoşunlara qarşı istifadə olunacaq.

Bununla yanaşı, Budanov Ukraynanın ABŞ-ın köməyinə ehtiyacı olduğuna diqqət çəkib. O vurğulayıb ki, Vaşinqton Kiyevi mümkün qədər tez dəstəkləməlidir və indi bunun üçün ən uyğun vaxtdır.


Вернуться назад