Главная > Siyasət / Manset > Qaribaşvili Zelenski ilə Saakaşvilini müzakirə etdi

Qaribaşvili Zelenski ilə Saakaşvilini müzakirə etdi


12-11-2021, 15:37. Разместил: admin
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

“Azadsəs.com” “TASS”a istinadən xəbər verir ki, Qaribaşvili söhbət zamanı Ukrayna vətəndaşları, həmçinin ölkənin keçmiş Prezidenti Mixail Saakaşvili tərəfindən Gürcüstanın daxili məsələlərinə müdaxiləni yolverilməz adlandırıb.

Bununla yanaşı, İ. Qaribaşvili Mixail Saakaşvilinin fəaliyyətlərini ölkənin sabitliyinə təhlükə doğuran təxribat, destruktiv addımlar olaraq qiymətləndirib.

Vladimir Zelenski isə öz növbəsində, Qaribaşvilidən Saakaşvilinin vəziyyətini yoxlamaq üçün ukraynalı həkimlərin gürcü siyasətçinin yanına buraxılması imkanını nəzərdən keçirməyi xahiş edib.

Qaribaşvili isə buna cavab olaraq bildirib ki, həbsxanada Saakaşvilinin sağlamlığı ilə bağlı vəziyyətə professional gürcü həkimlər nəzarət edirlər.
Вернуться назад