Главная > Siyasət / Manset > Ceyhun Bayramov Parisdə Mirzoyanla görüşdü

Ceyhun Bayramov Parisdə Mirzoyanla görüşdü


11-11-2021, 10:42. Разместил: admin
UNESCO-nun Baş Konfransında iştirak məqsədilə Parisə səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, görüşlərdə, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

Görüşlərdə bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Вернуться назад