Главная > Siyasət > Paşinyan Olsonla Cənubi Qafqazdakı proseslərdən danışdı

Paşinyan Olsonla Cənubi Qafqazdakı proseslərdən danışdı


3-11-2021, 20:32. Разместил: admin
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə köməkçisinin müavini Erika Olsonla görüşüb.

“Azadsəs” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, görüş zamanı Qarabağla bağlı məsələ və regional proseslər müzakirə olunub.

Həmsöhbətlər Cənubi Qafqazda gedən prosesləri nəzərdən keçiriblər.

Baş nazir bu kontekstdə bu yaxınlarda Nyu-Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil edən və gələcəkdə regiona səfər etməyə hazırlaşan ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinin vacibliyini qeyd edib.

Olson öz növbəsində bildirib ki, ABŞ humanitar məsələlərin həllinə dəstək olmağa hazırdır.
Вернуться назад