Главная > Siyasət / Manset > Ukraynalı hərbi ekspert: “Azərbaycan tərəfinin etdikləri tamamilə doğrudur”

Ukraynalı hərbi ekspert: “Azərbaycan tərəfinin etdikləri tamamilə doğrudur”


28-08-2021, 18:16. Разместил: azadses
Azərbaycan tərəfinin etdikləri tamamilə doğrudur.

Hərbi ekspert, ehtiyatda olan polkovnik, Ukrayna Baş Qərargahının əməliyyat idarəsinin keçmiş əməkdaşı Oleq Jdanov bu sözləri Oxu.Az-a müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan gərək dişlərini göstərsin ki, Ermənistan Azərbaycanın sərhədlərini və azad edilmiş ərazisini müdafiə etmək üçün istənilən addım atmağa hazır olduğunu başa düşsün.

“Ermənistan isə Rusiya Federasiyasının nümunələrinə əsasən hərəkət edir: təxribatlar və atəş açmaq onlar üçün normadır. Ancaq gücə yalnız güclə cavab vermək lazımdır”, - deyə O. Jdanov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan heç bir beynəlxalq normanı pozmur:

“Bura sizin ölkənizin ərazisidir, hansı iddialar ola bilər?

Məsələ başqadır - Ermənistanda hökm sürən reallıqlar haqqında bir anlayış ortaya çıxacaqmı, İrəvan dövlət sərhədi kimi bir anlayışı qəbul etməyə hazır olacaqmı? Bu baş verməsə, daimi münaqişə vəziyyəti yaranacaq.

Və bu Ermənistan rəhbərliyinin diqqətinə çatdırılmalı, onların hansı seçimlə üzləşdikləri izah edilməlidir - hərbi əməliyyatlar, müharibə və ya danışıqlar masası, sülh və dövlət sərhədinin demarkasiyası”.


Вернуться назад