Главная > Siyasət > Rusiya 500-dən çox azərbaycanlını buraxdı

Rusiya 500-dən çox azərbaycanlını buraxdı


22-04-2020, 11:13. Разместил: azadses
Azərbaycan vətəndaşları bu gecə sərhəddi keçə biliblər
500-dən çox Azərbaycan vətəndaşı Dağıstanın Məhərrəmkənd rayonundakı “Yaraq-Qazmalar” beynəlxalq gömrük keçid məntəqəsindən keçərək vətəninə qayıdıb. 
TASS-ın məlumatına görə, bu barədə Dağıstanın Məhəmmədkənd rayonunun administrasiyası açıqlama yayıb. Bildirilib ki, ölkəyə qayıtmaq istəyən vətəndaşlar üçün Rusiya-Azərbaycan sərhədində xüsusi dəhliz təşkil olunub.
“Aprelin 20-nə keçən gecə iki tərəfin razılığı ilə Rusiya - Azərbaycan sərhədində xüsusi dəhliz təşkil edilib. 548 Azərbaycan vətəndaşının vətəninə qayıtması təmin olunub. Bu şəxslərin hamısı koronavirusla əlaqədar olaraq Rusiya ərazisini vaxtında tərk edə bilməyənlər idi. Bu səbəbdən onlar bölgəmizin ərazisinə yerləşdirilmişdi. Hazırda isə sərhədlər artıq bağlanıb, giriş və ya çıxış yoxdur”.
Məlumata görə, Azərbayacan vətndaşları Rusiyanın müxtəlif regionlarından aprel ayının əvəllərindən "Yaraq-Qazmalar" keçid məntəqəsinə toplaşmışdılar. 




Вернуться назад