Главная > Siyasət > Rusiyadan qalan azərbaycanlıların nəzərinə - "evə gedirəm" portalı bu gün açılır

Rusiyadan qalan azərbaycanlıların nəzərinə - "evə gedirəm" portalı bu gün açılır


18-04-2020, 10:40. Разместил: azadses
Koronavirus pandemiyası ilə əlaqədar xarici ölkələrdən Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qeydiyyatdan keçməsi üçün yaradılan "Evə gedirəm" portalı bu gündən öz işinə başlayır. 
www.evegedirem.info portalı ilə ilkin mərhələdə Azərbaycanın Rusiyada yaşayan vətəndaşları qeydiyyatdan keçmək imkanı əldə edəcəklər.
Qeydiyyat beş gün davam edəcək, sonra müvəqqəti olaraq saxlanılacaq. Bu vaxt ərzində qeydiyyatdan keçənlərin təhlili aparılacaq, onların təxliyyə planı hazırlanacaq.
Bundan sonra qeydiyyat təkrar açılacaq.
Xatırladaq ki, xaricdə olan vətəndaşlarımız aprelin 20-dən sonra Azərbaycana gələ biləcəklər. Bunu aprelin 15-də keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirmişdi. "Aprelin 20-dən sonra xaricdən həftədə 300-400 nəfər qəbul etmək imkanı yaradılacaq. Əsasən Rusiyadan gələnlər gözlənilir. Bundan sonra, Türkiyə və digər ölkələrdən də tədricən vətəndaşlar ölkəyə gətirilə bilər. Gətirilən şəxslər 14-21 gün müddətinə karantində saxlanılacaq".


Вернуться назад