Главная > Siyasət > Mehriban Əliyeva: "Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm"

Mehriban Əliyeva: "Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm"


15-04-2020, 14:03. Разместил: azadses
Birinci vitse-prezident “Instagram”da yazdı
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Türkiyənin paytaxtı Ankarada yerləşən Atakule qülləsində Azərbaycan Respublikasının dövlət bayrağının işıqlandırılması ilə əlaqədar qardaş ölkəyə minnətdarlığını bildirib.
İstiPress həmin paylaşımı təqdim edir: 
"Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!".




Вернуться назад