Главная > Siyasət > Tramp Dünya Səhiyyə Təşkilatına maliyyə yardımını dayandırdı

Tramp Dünya Səhiyyə Təşkilatına maliyyə yardımını dayandırdı


15-04-2020, 12:06. Разместил: azadses
Qurumu koronavirusla bağlı yalan məlumatlar yaymaqda günahlandırıb
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırdığını bəyan edib.
Azadsəs-in məlumatına görə,  Tramp bu addımı təşkilatın pis idarə edilməsinə və koronavirusla bağlı yalan məlumatlar yaymasına görə atıb.
“Bu gün mən koronavirus böhranın pis idarə edilməsində və onun yayılmasının gizlədilməsində ÜST-nin roluna dair araşdırma aparılması üçün təşkilata maliyyə yardımın dayandırılması barədə göstəriş verdim Hər kəs orada nə baş verdiyini yaxşı bilir. ABŞ ÜST-yə illik 400-500 milyon dollar arası maliyyə yardımı edirdi. Çin isə sadəcə illik 40 milyon dollar vəsait ödəyir. ÜST Uhanda pandemiyanın necə yayıldığına dair etibarlı bir araşdırma aparmayıb. Ən vacib vəzifəsini icra edə bilməyən ÜST məsuliyyətə cəlb edilməlidir”, - deyə Tramp qeyd edib.
Ekspertlərin fikrincə, ABŞ Prezidentinin vəd etdiyi “çox dərin” araşdırmalar 60-90 gün davam edə bilər.
Вернуться назад