Главная > Siyasət / Manset > Konstantin Bloxin: “ABŞ Cənubi Qafqazdakı mövqelərinin zəiflədiyini başa düşür”

Konstantin Bloxin: “ABŞ Cənubi Qafqazdakı mövqelərinin zəiflədiyini başa düşür”


22-05-2021, 17:20. Разместил: azadses
Amerikaçı politoloq, tarix elmləri namizədi, Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Konstantin Bloxin bir neçə gün əvvəl “Sputnik Radio”ya verdiyi müsahibəsində deyib ki, ABŞ Cənubi Qafqazda zəifləmiş mövqelərini gücləndirməyə çalışır.

Konstantin Bloxin Caliber.Az-a verdiyi müsahibədə bildirib ki, Vaşinqton itirdiyi vaxtın əvəzini çıxmaq istəyir:

“Ermənistan hökuməti son zamana qədər ümumilikdə Qərb və xüsusilə ABŞ tərəfə yönəlib. Elə hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da özünü qərbyönümlü bir siyasətçi kimi göstərdi. Lakin münaqişə Qərbin Ermənistana fəal şəkildə kömək etmək istəmədiyini göstərdi, İrəvana real yardım göstərilməyib, yalnız hər şey sözdə olub. Rusiya isə bu prosesdə sabitləşdirici rol oynadı”.

Politoloq qeyd edib ki, amerikalılar yaxşı bilirlər ki, indi Cənubi Qafqaz bölgəsindəki qabiliyyətləri zəifləyib və indi geri dönmək istəyirlər:

“Buna görə də, Sergey Lavrov və Entoni Blinkenin Reykyavikdəki görüşündə Ermənistan-Azərbaycan məsələsi ortaya çıxdı. Düzdür, bu, prioritet deyildi, digər mövzular da müzakirə edildi.

Ancaq görüşün iki saatdan az davam etdiyini və bu müddətə tərcümə üçün vaxtı da nəzərə alsaq, Azərbaycan və Ermənistanla bağlı məsələnin müzakirəsi vacib göstəricidir”.

Bloxinin sözlərinə görə, ABŞ ilk növbədə, Ermənistandakı təsirinin itirilməsindən narahatdır.


Вернуться назад