Главная > Siyasət / Manset > Mirsamir Məmmədov: "Co Baydenin uydurma erməni mifologiyasını soyqırım olaraq tanıması beynəlxalq hüququn ziddinədir"

Mirsamir Məmmədov: "Co Baydenin uydurma erməni mifologiyasını soyqırım olaraq tanıması beynəlxalq hüququn ziddinədir"


28-04-2021, 08:30. Разместил: azadses
Prezident Bayden əsilsiz və dəlilsiz erməni yalanını soyqırım adlandırmaqla həm də Amerikanın dövlət maraqlarının əksinə addım atdı. erməni yalanlarına alət olmaq Amerikanın beynəlxalq nüfuzuna tarixi ləkə oldu. Bunu ABŞ prezidenti Co Baydenin uydurma erməni soyqırımını tanımasından danışarkən politoloq‚ siyasi ekspert Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki‚ ABŞ Dövlət başçısı Cozef Baydenin uydurma və qondarma erməni yalanını soyqırım adlandırması Amerika və türk xalqları arasındakı münasibətlərə ağır zərbədir. Amerika kimi nüfuzlu bir dövlətin rəhbərliyindəki şəxsin erməni yalanlarına və həyasızlığına alət olması Amerikanın nufuzuna və səviyyəsinə yaraşan hal deyil. Prezident Bayden tarixçi deyil və bu məsələ məhz tarixçilərin araşdıracağı bir məsələdir. Heç bir tarixi fakta və sübuta söykənməyən bir iddianın qəti surətdə reallıq olaraq qiymətləndirilməsi heçbir hüquqa sığmır. Ümumiyyətlə erməni iddiaları hər zaman reallıqdan uzaq‚ heçbir sübutu və arqumenti olmayan yalan və riya dolu iftiralardır.  Prezident Bayden erməni yalanlarını soyqırım adlandırmaqla xalqlararası münasibətlərə zərbə endirmiş oldu. Prezident Cozef Baydenin bu addımı düşmənçilik halıdır və xalqlarası nifaq toxumlarının səpilməsi deməkdir. Prezident Bayden qərarını təkrar düşünməlidir. Ümumiyyətlə Amerikadakı nüfuzlu siyasətçilər prezident Baydenin qərarının yanlış olduğunu və təhlükəli tərəflərini düşünməli və erməni yalanlarına‚ erməni həyasızlığına Amerika kimi nufuzlu bir dövlətin alət olmasına yol verməməlidir. Bu səbəbdən Amerika qərarına yenidən baxmalı və çoxmilyonluq Türk xalqlarının hiddət və qəzəbinə səbəb olacaq addıma yol verilməməlidir. Odur ki‚ prezident Cozef Bayden  fikrinə düzəliş etməlidir. Dünyanın hər yerindən Amerikaya və prezident Baydenə etiraz və hiddətlər qızışır. Amerikanın və prezident Baydenin dilə gətirəcəyi soyqırımı faktı yalnız ermənilərin törətdiyi Xocalı soyqırımıdır. Bütün dünyanın gözü önündə baş vermiş‚ bütün foto və video görüntülərlə dünyaya sərgilənən Xocalı soyqırımı erməni vandalizminin açıq göstəricisidir. Ancaq 1915-ci il hadisələri isə sadəcə mifik iddialardı. Uydurma və saxta erməni soyqırımı iddiası sadəcə erməni illuziyasından və erməni əsatirindən ibarət itopyadır. Tarixdə türk xalqlarının qətliam etdiyinə kimsə şahidlik etməyib və Osmanlıda heçbir etnik millət və azlıqlara qarşı zorakılıq olmayıb. Osmanlı imperiyasının sərhədlərinin daxilində heç vaxt kimsə zərər görməyib. Osmanlı imperiyasında hər hansı millətin fərdlərinə qarşı zorakılıq və qətliam faktını təsdiq edə biləcək heçbir mənbə‚ dəlil‚ fakt‚ sübut və şahid  yoxdur. Sadəcə erməni illuziyasının məhsulu olaraq qondarma və uydurma saxta soyqırım mifologiyasını ortaya atıblar. Bu isə sadəcə illuziyadan ibarət bir dəhşətli yalandır.





Вернуться назад