Главная > Siyasət > Rusiya üçün çətin günlər: Şərqi Avropada yeni "MÜHARİBƏ"

Rusiya üçün çətin günlər: Şərqi Avropada yeni "MÜHARİBƏ"


13-02-2021, 13:08. Разместил: azadses
Rusiya prezidenti Vladimir Putin Avropa ilə münasibətləri gərginləşdirib. Belə ki, Rusiya XİN-i Polşa, İsveç və Almaniya diplomatlarını müxalifətin mitinqlərində müşahidə etməkdə günahlandıraraq, onlardan Rusiyanı tərk etməklərini tələb edib. Hər üç ölkə bu münasibətə cavab olaraq rus diplomatları ölkədən xaric etmək qərarına gəliblər.

Bu haqda Redaktor.az-a açıqlama verən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Co Bayden dövründə Rusiya və Şərqi Avropa ölkələri arasında münasibətlər bir qədər də pisləşəcək:

“Rusiyanın bu davranışına Almaniya, Polşa və İsveç güzgü şəkilində cavab verəcəklərini bildiriblər. Son 30 il ərzində Rusiya ilə İsveç, Böyük Britaniya, Polşa münasibətlərində ciddi problemlər görmüşük. Almaniyanı da siyahıya əlavə etsək, görərik ki, Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsi və indiki sanksiyaların vaxtının uzadılması ilə bağlı öz mövqeylərini qəti şəkildə bildirəcəklər. Tərəflər, xüsusilə də Rusiya Şərqi Avropa ölkələrində hegemonluğa çalışır”.

Z.Məmmədovun sözlərinə görə, C.Bayden administrasiyasının Baltikyanı ölkələrdən Maldova, Ukrayna və Polşaya verdiyi hərbi, siyasi və maliyyə dəstəyini artıracağını deyib:

“Rəsmi Vaşinqton ABŞ-ın Avropa İttifaqının şərqində maraqlarının əsas içraçısı rolunda çıxış edir. C.Bayden çıxışında da bildrimişdi ki, Rusiyanın bir addımına beş addım ilə cavab verəcəklər, atdıqları addımlar cavabsız və nəticəsiz qalmayacaq. Bu, geosiyasi qüvvələr arasında ciddi şəkildə münaqişədir”.



Вернуться назад