Главная > Siyasət > İlham Əliyev sərəncam imzalayıb

İlham Əliyev sərəncam imzalayıb


5-02-2021, 17:07. Разместил: azadses
Prezident İlham Əliyev pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb.

''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, Sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Sərəncamdan irəli gələn məsələlərin həlli üçün Nazirlər Kabinetinə də tapşırıq verilib.

Вернуться назад