Главная > Siyasət > İlham Əliyev dünən Bakıda olan Ərdoğana zəng etdi

İlham Əliyev dünən Bakıda olan Ərdoğana zəng etdi


26-02-2020, 13:31. Разместил: azadses
Prezident həmkarının ad gününü təbrik edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edib. 
Dövlət başçısı Ərdoğanı ad günü münasibətilə təbrik etmiş, qardaş Türkiyənin firavanlığı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. 
Türkiyə lideri göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib. 
Dövlət başçıları dünən Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının əhəmiyyətinə toxunaraq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.




Вернуться назад