Главная > Siyasət > MSK 91 saylı Ucar Seçki Dairəsində daha bir məntəqədə seçkinin nəticələrini ləğv edib

MSK 91 saylı Ucar Seçki Dairəsində daha bir məntəqədə seçkinin nəticələrini ləğv edib


24-02-2020, 22:20. Разместил: azadses
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Kazım Məmmədovun müraciətinə baxılıb.
APA-nın məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
A. Muxtarova bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.
MSK 91 saylı Ucar Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, bundan öncə bu dairənin 18 və 38 saylı seçki məntəqələrində seçkinin nəticələri ləğv edilib.
Вернуться назад