Главная > Siyasət > Azərbaycan İtaliyadan "M-346" alacaq

Azərbaycan İtaliyadan "M-346" alacaq


21-02-2020, 12:24. Разместил: azadses
İnteqrasiya sisteminin alınması ilə bağlı sənəd imzalanıb
Azərbaycan və İtaliyadan hərbi avadanlıq alacaq. Bu barədə razılaşma dövlət başçısı İlham Əliyevin ötən günki səfəri zamanı əldə edilib. Artıq iki ölkə arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı sənəd imzalanıb. 
Azərbaycan Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”ni Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və “Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo mübadilə etdilər.
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başlayıb, dünən onun rəsmi qarşılanma mərasimi, eləcə də prezidentlə görüşü və sənədlərin imzalanma mərasimi olub.  
Xatırladaq ki, adıçəkilən təyyarə ilk dəfə ötən ilin sonunda “Dubai Airshow 2019” sərgisində nümayiş edilib. Sərgidə ən müasir texnologiyalar nümayiş etdirilib.




Вернуться назад