Главная > Siyasət > Mina partlayışları zamanı 6 nəfər ölüb, 8 nəfər yaralanıb - STATİSTİKA

Mina partlayışları zamanı 6 nəfər ölüb, 8 nəfər yaralanıb - STATİSTİKA


2-01-2021, 09:36. Разместил: azadses
2020-ci il ərzində Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli və Qaradağ rayonları ərazisində 7 mina partlayışı qeydə alınıb.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məlumat yayıb.

Məlumata görə, mina partlayışları nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 6 nəfər isə həlak olub.

Ötən ilin 27 sentyabr tarixindən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dinc əhalisinə qarşı törədilmiş cinayətlər nəticəsində 93 nəfər həlak olub, 410 nəfər yaralanıb.


Вернуться назад