Главная > Siyasət > Tramp Ərdoğanla nədən danışdı?

Tramp Ərdoğanla nədən danışdı?


17-02-2020, 10:45. Разместил: azadses
İki lider arasındakı telefon danışığının məzmunu açıqlanıb
ABŞ və Türkiyə prezidentləri Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. İstiPress-in məlumatına görə, ki liderin əsas müzakirə obyekti Suriyanın idlib şəhərindəki vəziyyət olub.
Ağ evin yaydığı məlumata görə, Tramp türkiyəli həmkarına İdlibdə humanitar fəlakətin qarşısını almaq üçün göstərdiyi səyləri üçün təşəkkür edib. "Prezident Tramp İdlibdəki vəziyyətlə bağlı narahatlığını dilə gətirib". 
Bundan başqa o Rusiyanın Bəşər Əsəd rejiminə dəstəyinin sona çatması, Suriyadakı daxili qarşıdurmaların siyasi həllinin tapılması istəyindən də bəhs edib.
Amerika lideri Liviyadakı vəziyyətdən də bəhs edib. O, xarici qüvvələrin müdaxiləsinin ölkədə vəziyyəti daha da pisləşdirə biləcəyini bir daha təkrarlayıb. 




Вернуться назад