Главная > Siyasət > Çavuşoğludan Rusiyada SON DƏQİQƏ Qarabağ açıqlaması: sülhməramlılar bu tarixdən sonra olmayacaq

Çavuşoğludan Rusiyada SON DƏQİQƏ Qarabağ açıqlaması: sülhməramlılar bu tarixdən sonra olmayacaq


29-12-2020, 14:18. Разместил: azadses
Birgə Türk-Rus Mərkəzi tezliklə fəaliyyətə başlayacaq.

''Azad Səs'' xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rus həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı çıxışında açıqlayıb.

Onun sözlərinə görə, “Altılıq” formatı daxil olmaqla, Türkiyə bütün mənbələrini Qarabağ üçün səfərbər edib.

“Bütün çətinliklərə rəğmən, cənab Əliyev Ermənistana sülh əlini uzatdı. Biz Dağlıq Qarabağla bağlı işlərimizi Azərbaycanla birgə gerçəkləşdirəcəyik. Bu məsələdə Rusiya ilə əməkdaşlığımız da əhəmiyyətlidir. Hazırda atdığımız addımların qarşıdakı illərdə Qarabağda sülhməramlı missiyamıza ehtiyac olmamasına çalışırıq, bölgədə yalnız iqtisadi fəaliyyətimizin davam etməsini istəyirik”, - nazir bildirib.Publika.az

Вернуться назад