Главная > Siyasət > MSK Çingiz Qənizadənin qalib olduğu dairənin nəticələrini ləğv etdi

MSK Çingiz Qənizadənin qalib olduğu dairənin nəticələrini ləğv etdi


13-02-2020, 16:03. Разместил: azadses
80 saylı İmişli- Beyləqan seçki dairəsindən qeydə alınan namizədlər həmin dairədə səsvermə günü qanun pozuntularının baş verdiyi, bir neçə seçki məntəqəsində ciddi pozuntulara yol verildiyi barədə Mərkəzi Seçki Komissiyasına müraciət ediblər.
 
Azadsəs xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Komissiyaya daxil olmuş müraciətlərə baxılıb.
 
Belə ki, adıçəkilən dairədən qeydə alınan namizədlər Razim Əmiraslanlı və Hikmət Şirinov seçki günü pozuntulara yol verildiyini iddia edərək, MSK-dan 49 seçki məntəqəsindən 29-da nəticələrin ləğvini tələb ediblər.
 
İclasda müraciətlərə münasibət bildirən MSK-nın ekspert qrupu 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrinin ləğvini qərara alıb.
 
Qeyd edək ki, bu seçki dairəsində Çingiz Qənizadə qalib elan edilmişdi.


Вернуться назад