Главная > Siyasət > NATO ölkəsi Azərbaycanın döyüş taktikası üçün HƏRƏKƏTƏ KEÇDİ: Bundan sonra...

NATO ölkəsi Azərbaycanın döyüş taktikası üçün HƏRƏKƏTƏ KEÇDİ: Bundan sonra...


18-12-2020, 10:24. Разместил: azadses
Dağlıq Qarabağda döyüş əməliyyatlarından dərs çıxarılmalıdır.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Polşa Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Qrzeqorz Trzeczak deyib.

Əvvəllər pilotsuz təyyarələrin də daxil olduğu bir eskadrona komandanlıq edən mayor bildirib ki, Qarabağdakı döyüşlərdə ən fərqli amil müharibənin gedişatını təyin edən pilotsuz uçuş aparatlarının istifadəsidir.

O, Qarabağ əməliyyatlarında müharibənin üçüncü səviyyəyə keçdiyini bundan dərs çıxarmaq lazım olduğunu söyləyib: “Doktrinaları və qaydaları dəyişdirməyi düşünməliyik. Hərbçilərin görünməz bir düşmənə qarşı döyüşməyə hazır olub-olmadığını anlamalıyıq".

Mayor ayrıca müasir döyüşlərdə pilotsuz təyyarələrin təkcə zərbə və ya kəşfiyyat vasitəsi kimi deyil, düşmənin hava hücumundan müdafiəsini “yemləmək” vasitəsi - hava hücumundan müdafiə vasitələrinin yerlərini müəyyənləşdirmək üçün də istifadə edilə biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, artıq gün keçdikcə daha çox ölkə aviasiya komponentlərini gücləndirmək üçün müxtəlif tipli pilotsuz təyyarələr almağı düşünür.


Вернуться назад