Главная > Siyasət > ŞOK İDDİA: Ermənilərə bu ərazilərdən çıxmaq üçün sabaha qədər vaxt verildi
ŞOK İDDİA: Ermənilərə bu ərazilərdən çıxmaq üçün sabaha qədər vaxt verildi17-12-2020, 16:19. Разместил: azadses |
Sabah saat 17:00-a qədər Zəngəzur istiqamətindəki bütün əlverişli yüksəkliklər Azərbaycanın nəzarətinə keçəcək. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu iddia ilə erməni mediası çıxış edib. İlk Qafan ətrafındakı yüksəkliklər boşaldılır. Çünki bu ərazilər Azərbaycanın dövlət sərhədinə daxildir. Ermənilərə sabaha qədər vaxt verilib. “Damcılı kəndinin və ətrafdakı yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi bütün Qafan rayonuna nəzarət etmək imkanı verir”, - erməni mənbələr yazırlar. Erməni teleqram kanalları isə yazır ki, yüksəkliklərin təhvil verilməsindən sonra Qafan rayonunun kəndləri atəş məsafəsində olacaq və orada yaşamaq mümkün olmayacaq. Bu kəndlərə azərbaycanlı qaçqınlar qayıdacaq. Hazırda ermənilər ərazini tərk edir. Dövlət sərhədi beynəlxalq səviyyədə tanınmış ərazilərə uyğun olaraq, Qafandan Mehriyə qədər bərpa edilir. Вернуться назад |