Главная > Siyasət > Ceyhun Bayramov Brüsselə yola düşüb
Ceyhun Bayramov Brüsselə yola düşüb17-12-2020, 08:11. Разместил: azadses |
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə yola düşüb. Bu barədə "Azad Səs"-ə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Səfər çərçivəsində Ceyhun Bayramovun Avropa İttifaqı, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur. Вернуться назад |