Главная > Siyasət > Milli Şuranın 2 noyabr tarixinə təyin olunmuş aksiyası ləğv olunub
Milli Şuranın 2 noyabr tarixinə təyin olunmuş aksiyası ləğv olunub1-11-2019, 01:18. Разместил: azadses |
Demokratik Qüvvələrin Milli Şurası noyabr ayını 2-nə təyin olunmuş razılaşdırılmamış aksiyanı ləğv edib. APA xəbər verir ki, bu barədə Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli "Facebook" səhifəsində bildirib. Qeyd edək ki, Milli Şura noyabrın 2-də mitinq təyin edib. Bakı Şəhər İcra Hakimiyyəti mitinq üçün Milli Şuranın müraciətə baxıb və mitinqin noyabrın 2-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib. Lakin AXCP sədri Əli Kərimli ötən gün Bakı Şəhər İcra Hakimiyyətin təklifi qəbul etməyərək, mitinqi “28 May” metrostansiyasının qarşısında razılaşdırılmamış mitinq edəcəklərini açıqlayıb. Вернуться назад |