azadses.az » Siyasət » Dövlət başçısı: “Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir”

Dövlət başçısı: “Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir”

“Biz artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik”.
''Azad Səs'' xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində söyləyib.
"Azad edilmiş torpaqlara xarici jurnalistlər dəvət olunur. Beynəlxalq media erməni vəhşiliyinin nəticələrini işıqlandırır. Bu müddət ərzində Kəlbəcəri nə günə qoyduqlarını işıqlandırır. Vəhşilər kimi gedib hər tərəfi söküb, yandırıb, talayıb, meşələri yandırıb, kəsib. Özlərini burada, necə deyərlər, əsrlərboyu yaşamış xalq kimi təqdim edirdilər. Əsrlərboyu orada yaşamış xalq heç vaxt bunu etməz, bu vəhşiliyi etməz. Onlar orada azərbaycanlıların evlərində yaşayıblar. Özləri üçün bir şey tikməyiblər, daşı daş üstündə qoymayıblar, ancaq istismar ediblər. Bizim torpaqlarımızı istismar ediblər. Mənə verilən məlumata görə, orada on minlərlə hektarda taxıl əkilib, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında. Mənə verilən məlumata görə, Ermənistan işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Ermənistanın işğal edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısını bizim torpaqlarımızdan götürürdü. Bu, torpaqlarımızın qanunsuz istismarıdır. Buna cavab verəcək, dəymiş ziyanı ödəyəcək. İndi onlar bundan məhrum oldular. İndi öz ərzaq təhlükəsizliyini necə təmin edəcəklər? Orada böyük üzüm bağları mövcud idi. Mən Ağdam, Füzuli, Cəbrayıl rayonlarına gedərkən yolboyu görmüşdüm ki, bir çox üzüm bağlarımız dağıdılıb, orada köhnə şpalerlər qalıb. Amma bir çox yerlərdə üzüm bağları saxlanılıb. Ondan istifadə edirdi, bizim suyumuzdan istifadə edirdi, elektrik enerjisi istehsal edirdi. Vəhşi kimi gəlib başqasının torpağına onu istismar edib, onun mənşəyini dəyişdirmək istəyib, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc edib. Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir", - dövlət başçısı vurğulayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  2. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  3. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  4. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  5. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  6. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  7. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  8. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  9. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
  10. NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar