azadses.az » Siyasət » Ermənistan prezidenti: “Azərbaycana təkcə döyüş meydanında məğlub olmadıq…”

Ermənistan prezidenti: “Azərbaycana təkcə döyüş meydanında məğlub olmadıq…”

Ermənistan prezidenti Armen Sarkisyan Ermənistanın niyə Qarabağ müharibəsində məğlub olduğuna dair sualı cavablandırıb.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, o bu barədə "Aravot" qəzetinə verdiyi müsahibədə danışıb.
 
“Bu illər ərzində Azərbaycana və ya NATO üzvü Türkiyəyə müqavimət göstərə biləcək bir ordu yarada bilmədik. Düşünürəm ki, prinsipcə, bu xalqın hərbi ruhu və sədaqəti sayəsində mümkün idi. Bizdə hərbi texnika, müvafiq təlim, təşkilatçılıq yox idi”,-deyə Sarkisyan qeyd edib.
 
Sarkisyana görə, Ermənistan nəinki döyüş sahəsindəki müharibəni, eyni zamanda demoqrafik müharibəni də uduzub.
 
“1994-cü ildə bütün dünya, eyni avropalılar, eyni NATO güclü orduya sahib olduğumuzu düşünürdü. O zaman Qarabağ əhalisi 100 mindən bir az çox idi, 26 ildən sonra - eyni 100 və ya 130-150 min olaraq qalıb. Bu demoqrafik müharibədə də məğlub olduq. Düşünürəm ki, 26 ildə orada 500 və ya 600 min insan məskunlaşa bilərdi. Necə olacağını müzakirə etmək istəmirəm, amma bunun mümkün ola biləcəyinə əmin idim. Ancaq bu baş vermədi", - deyə Sarkisyan qeyd edib.
 
Onun sözlərinə görə, Ermənistan diplomatik cəbhədə də məğlub olub.
 
“Diplomatik korpuslarımız üç-dörd qat daha çox maliyyələşdirilməli idi. Azərbaycan və Türkiyə diplomatiyalarını gücləndirmək üçün heç nəyi əsirgəmədilər ”,-deyə Ermənistan prezidenti sözlərinə əlavə edib.
 
Sarkisyan erməni mediasını tənqid edərək, işlərinin çox vaxt əsassız, emosional, məntiqsiz, feysbukun məlumatlarını "kopyala-yapışdır" prinsipi ilə işlədiklərini bildirib.
 
Bundan əlavə, o, Ermənistanda informasiya texnologiyaları sahəsinin inkişaf etdirildiyi fikri ilə də razılaşmayıb.
 
“Bunun üçün səy göstərən çox sayda istedadlı gəncimiz var, amma bu sistemimiz yoxdur. Belarus kimi bir ölkədə bu gün bir neçə dəfə, onqat daha çox proqramçı var, ABŞ, Kanadadan və digər xarici ölkələrdən nəhəng pulların yatırıldığı bir proqramlaşdırma sahəsi var. Bu sahədə də geri qaldıq ”,-deyə Sarkisyan yekunlaşdırıb
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib