azadses.az » Siyasət » “Bibisi ağlayaraq Artura kömək etməyimi xahiş etdi” - İsrailin Bakıdakı səfiri - FOTO

“Bibisi ağlayaraq Artura kömək etməyimi xahiş etdi” - İsrailin Bakıdakı səfiri - FOTO

İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncəyə atılan raket zərbəsi nəticəsində qətlə yetirilən 13 yaşlı mülki vətəndaş Artur Mayakov və onun üçün kömək istəyən dostu barədə təsirli hekayəni paylaşıb.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə öz tvitter hesabında paylaşım edən Corc Dik Gəncəyə edilən raket hücumundan sonra yaralanan Artur Mayakovun dostunun ona yaxınlaşdığını və ondan Arturu xilas etmək üçün kömək istədiyini bildirib.
 
“İsrailin Azərbaycandakı səfiriyəm. 12 ildir diplomatam. Mən ümumiyyətlə vədlərimi yerinə yetirirəm, amma bu vədə əməl edə bilmədim.
 Bir-iki həftə əvvəl raketlərin vurulmasından sonra Gəncə şəhərini ziyarət etdim. Yaşayış sahələrinə dəymiş ziyana baxmaq üçün getmişdim. Bir çox yerli sakin üzücü hekayələrini paylaşmaq üçün mənimlə danışmağa gəlmişdi. Sonra təxminən 12 yaşında bir oğlan mənə yaxınlaşdı.
 
O, İsrailin yaxşı həkimləri olduğunu eşitdiyini söylədi. İsrailin xəstəxanada olan dostunu xilas edə bilib-bilməyəcəyini soruşdu. Bibisi mənə şəkillər göstərdi. Gözlərində yaş var idi. “Xahiş edirəm, o bombardman nəticəsində yaralanıb, xəstəxanada komadadır. O, yaxşı uşaqdır, ona kömək edin”,- dedi.
 
Dərindən təsirləndim. Mən kömək edəcəyimə söz verdim. Oğlanın adını götürdük, Artur Mayakov idi. Elə həmin axşam nə edə biləcəyimizə baxmağa başladıq. Ancaq sözümü tuta bilmədim. İki gün sonra Artur aldığı xəsarətlərdən vəfat etdi. Onun 13 yaşı var idi. Ürəyim qırıldı.
 
Bir neçə gün əvvəl Bakıdakı Rus Pravoslav kilsəsinə getdim. Artur üçün dua etdim və şam yandırdım. Verdiyim sözə əməl etmədiyim üçün bağışlanmağımı dilədim. Ruhun rahat olsun, Artur. Qoy bu bölgənin uşaqları daha dinc bir gələcək yaşasınlar”,- deyə səfir yazısında qeyd edib.
 
Xatırladaq ki, 17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin “SCUD” tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç həkimlərin səylərinə baxmayaraq oktyabrın 24-də stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. A. Mayakov Gəncəyə bibisigilə qonaq gəlmişdi.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib