Bakı Şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarıldı
Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.
V.Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.
Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb.
Qeyd edək ki, M.Seyidova 2009-cu ildə polis general-mayoru ali xüsusi rütbəsi verilib.
O, 2014-cü ilin noyabr ayında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.