azadses.az » Siyasət » Ermənistan Kəlbəcər, Ağdam və Laçından qoşunları çıxarmaqdan imtina edərsə..." - Sabiq Xarici İşlər naziri

Ermənistan Kəlbəcər, Ağdam və Laçından qoşunları çıxarmaqdan imtina edərsə..." - Sabiq Xarici İşlər naziri

Azərbaycanın siyasi rəhbərliyi və ordusunun 44 günlük savaşda düşməni sarsıdan misilsiz  hərbi və diplomatik qələbə qazanması  və nəticədə işğalçı ölkənin üzdəniraq baş naziri Nikol Paşinyanın Ermənistan qüvvələrinin ölkəmizin digər işğal altındakı ərazilərindən çıxması ilə bağlı üçtərəfli bəyanata imza atmasından sonra bu qəsbkar respublikada idarəolunmaz, xaotik bir durum yaranıb. 
 
Bəs görəsən, İrəvanda hazırkı vəziyyətdə Paşinyana müxalif olan, onu istefaya məcbur etməyə çalışan qüvvələrə, xüsusən Qarabağ klanı ilə bağlı olanlara sözügedən razılaşmanın icrasına məsul, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiyanın təsir rıçaqları varmı, yoxsa artıq terrorçu, işğalçı imicini  bir daha təsdiqləmiş Ermənistanda tamamilə özbaşınalıqdır? Konkret desək, Rusiya lideri Vladimir Putin bir nüfuzlu vasitəçi olaraq Azərbaycan Ali Baş Komandanı, Prezident İlham Əliyev və  Ermənistan baş naziri ilə bərabər bəhs edilən  bəyanat-razılaşmaya imza atmamışdan, yəni həmin sənədin icrasına bir növ qarant durmamışdan öncə İrəvanda hakimiyyət məsələsini həll edibmi?..
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Moderator.az əməkdaşının bu və ya digər suallarına cavab verən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bir sıra məqamlara aydınlıq gətirib.
 
“Bilirsiz,  bu saat Moskvanın İrəvandakı olaylara nəzarət edə bilməsi,  yaxud Ermənistanın müxalif qüvvələrinə təsir göstərmək imkanının olub-olması haqda danışmaq çətindir.  Eyni zamanda proqnoz vermək də çətindir ki, orada Paşinyanın gedəcəyi halda hakimiyyətə Qarabağ klanı, yoxsa digər bir qüvvə, məsələn “Sasna Tser” kimi daha radikal təşkilat gələcək.  Yəni İrəvandakı situasiyanı kənardan analiz etmək asan deyil.
 
Sözsüz ki, Ermənistan hərbi cəhətdən savayı siyasi və idarəəetmə baxımından da zəifləyərək iflic vəziyyətə düşmək üzrədir. Belə bir halda təsəvvür etmirəm ki, Kəlbəcərdə, yaxud Laçında, Ağdamda hansısa ağlı bir az başında olan erməni batalyon komandiri deyəcək ki, mən buradan çıxmıram. Amma əksinə, ümumiyyətlə, Qarabağdan çıxmış və ya çıxacaq silahlı ermənilər İrəvana gəlib oradakı hakimiyyət çevrilişində iştirak etməyə həvəsli ola bilər. Və belə bir şəraitdə Putinin  verdiyi vədlər və öhdəliklər daha asan şəkildə icra olunacaqdır. Bunu sadə məntiq də göstərir…
 
Təbii ki, burada ehtimal səviyyəli fikirlər söyləmək olar. Ermənistanda nə qədər xaos olsa da, bir konstitusiya var və Paşinyan istefa verəcəyi təqdirdə kimsə onun vəzifəsini icra etməlidir. Və sözsüz ki, həmin şəxs işğalçı ölkənin hərbi qüvvələrinə, ordusuna da rəhbərlik edəcək. Eyni zamanda o məsul adam Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli razılaşmasından irəli gələn hansısa öhdəlikləri də yerinə yetirməlidir. Ya da bəhs edilən bəyanatdan  rəsmən imtina etməlidir. Hazırda hiss olunur ki, hələlik Müdafiə naziri  D.Tonoyan bəyanat-razılaşmadan irəli gələn öhdəlikləri yerinə yetirir. Yəni  kimsə bu işlə məşğuldur. Amma Paşinyan gedəcəyi halda kimin gələcəyi barədə konkret bir fikir söyləməyə hələlik hazır deyiləm”-  keçmiş nazir belə deyib.
 
“Belə  çıxır ki,  Ermənistan paytaxtındakı proseslər Kremlin nəzarətindən tamamilə kənar ola və orada dediyiniz kimi, “Sasna Tsrer” kimi qatı radikal qüvvələr hakimiyyətə gətirilə və sözügedən razılaşmanın icrası tamamilə dayandırıla və müharibə hazırlıqlarına başlanıla bilər?” sualına cavabında isə T. Zülfüqarov bunları dilə gətirib:
 
”Əlbəttə, bunu da istisna etmək olmaz. Amma ermənilər belə etsə, ilk növbədə özləri üçün problem yaranacaq. Yəni onlar razılaşmadan - Kəlbəcər, Ağdam və Laçından qoşunları çıxarmaqdan imtina edərək atəşkəsi pozacaqları halda  Azərbaycan yenə də güc yoluyla ərazi bütövlüyünü bərpa etməyə məcbur olacaq və nəticədə yenidən ağır artilleriya, tanklar, aviasiya işə düşəcək. Və bu şəraitdə Qarabağdakı yüngül silahlarla silahlanmış Rusiya sülhməramlıları da atəş xəttində olmaqla təhlükə altında qalacaqlar. Yəni erməni tərəfi üçtərəfli sazişi pozmaq üçün Moskva ilə də hesablaşmalıdır. Və deməli, həmin bəyanatdan bütövlükdə və ya hansısa maddəsindən imtina edəcəyi halda Ermənistan iqtidarı qarşısında Azərbaycandan öncə Putini görəcək. Putinin siyasi dəst-xətti isə indan ibarətdir ki, kiməsə söz verirsə, həmin sözün üstdə durmağı özünə borc kimi bilir və bunu digər tərəfdən də tələb edir. Yəni bəyanatın maddələrinin icrasından, yəni Kəlbəcər, Ağdam və Laçından çıxmaqdan imtina edəcəkləri halda bu baxımdan ermənilər Rusiya liderinin nüfuzunu da zərbə altında qoyacaqlar. Odur ki, Ermənistan belə bir situasiyada nəinki Azərbaycanla, Rusiya ilə üz-üzə qalacaq. Bir sözlə, hesab edirəm ki, ermənilər üçtərəfli bəyanatın icrasından imtinadan heç nə qazanmayacaq, əksinə, yenə itirməkdə davam edəcəklər...”
 
“Ola bilərmi ki, Putin artıq bu bəyanatı imzalamamışdan öncə hakimiyyət məsələsini həll edib?  Yəni İrəvanda üzdə görünən xaosa rəğmən, tezliklə ən azı, Kremlə loyal olan bir iqtidar qurulacaq. Otalıqda  Ermənistanda Rusiya bazasının mövcudluğu amili də var...” fikrinin qarşılığında da həmsöhbətimiz maraqlı məqamları  vurğulayıb.
 
“Əlbəttə, belə bir variant da mümkündür. Bütün hallarda Ermənistanın siyasi dairələri ortalığa rəsmi şəkildə belə ucuz bir nömrə ata bilməzlər ki, Paşinyan bu sənədə imza atıb, bizsə bununla razı deyilik... Bəli, Rusiya bazası da Ermənistandadır. İkincisi də Paşinyanın gizlənməsinə, üzə çıxmasına, hakimiyyətdə qalıb-qalmamasına rəğmən artıq Rusiya sülhməramlıları erməni qüvvələrini Kəlbəcərdən çıxarmaqla məşğuldur. Yəni bütün hallarda Ermənistan tərəfindən bəhs edilən sənədin şərtlərini icra edilməsinə çalışılır...” -deyə  Azərbaycanın keçmiş baş diplomatı bildirib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu