azadses.az » Siyasət » Azərbaycan erməni əsilli fransalı terrorçunu beynəlxalq axtarışa verdi - RƏSMİ + FOTO

Azərbaycan erməni əsilli fransalı terrorçunu beynəlxalq axtarışa verdi - RƏSMİ + FOTO

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
''Azad Səs'' xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Həyata keçirilən bu tədbirlərin davamı kimi, Fransa Respublikasının vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan Fransanın ekstremist “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, özünü sosial şəbəkələrdə faşist adlandıran və terroristik qruplaşma olan “SS” faşist təşkilatının simvolikasından istifadə edən Marc de Cacqeray-Valmenierin (Mark De Kakkere-Valmenirin) və digərlərinin Azərbaycan Respublikasının ərazisində törətdiyi cinayət əməllərinə dair toplanmış materiallar, habelə kütləvi informasiya vasitələri və sosial media səhifələrində aşkar edilmiş məlumatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla qeyd olunan cinayətkar birlik və üzvlərinin 2020-ci ilin oktyabr ayında Ermənistanın aidiyyəti dövlət qurumlarının təşkilatçılığı və dəstəyi ilə Ermənistana gələrək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan digər şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik halında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.
Bundan başqa, cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, habelə döyüş əməliyyatlarında iştirak etməyən dinc sakinlərə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən Fransanın aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatət hazırlanır.
Eyni zamanda, xəbər verildiyi kimi, Ermənistan Respublikasının vətəndaşı Vladimir Vartanov və qeyrilərinin müxtəlif ölkələrin vətəndaşları olan erməni əsilli və digər şəxslərdən ibarət “VoMa” (“Voxj Mnalu Arvest” - sağ qalmaq sənəti) adı altında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, işğal olunmuş ərazilərimizdə terrorçuluq əməllərini törətmələrinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən başlanmış cinayət işi üzrə Vladimir Vartanov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, məhkəmənin qərarı ilə barəsində qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.
Hazırda hər iki cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  2. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  3. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  4. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  5. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  6. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  7. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  8. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  9. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  10. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu