Erməni əsgərlərin meyitləri və Ermənistan vətəndaşları qarşı tərəfə təhvil verilib
- 29-10-2020, 13:03
- Siyasət
Erməni əsgərlərin meyitlərinin bir qismi və iki nəfər yaşlı Ermənistan vətəndaşı qarşı tərəfə təhvil verilib.
''Azad Səs'' xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Bu prosesdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi. Bu gün, indilərdə proses başa çatdı. Biz həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinə də təşəkkürümüzü bildiririk. Bu, bir daha Azərbaycanın humanitar dəyərlərə və beynəlxalq humanitar hüquqa sadiqliyini göstərir", - H.Hacıyev əlavə edib.Report