azadses.az » Siyasət » Türkiyənin baş konsulu Gəncə terroundan zərərçəkmişlərə baş çəkib - FOTOLAR

Türkiyənin baş konsulu Gəncə terroundan zərərçəkmişlərə baş çəkib - FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində xəsarət alanlara baş çəkiblər.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, yaralılarla müalicə aldıqları xəstəxanalarda görüşən şəhər rəhbəri və Baş konsul, onların səhhəti ilə maraqlanıb, söhbət ediblər. Söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın tezliklə tamamilə azad olunacağına əminlik ifadə edilib. Yaralılara şəfa, həlak olanlara isə Allahdan rəhmət dilənib.

Niyazi Bayramov raket zərbəsi nəticəsində dağılan ərazidə də olub, burada erməni terrorundan zərər görən sakinlərlə görüşüb. Şəhər rəhbəri bildirib ki, evləri tamamilə dağıdılmış ailələr müvəqqəti yaşayış sahəsi ilə təmin ediliblər. Bununla yanaşı, həmin sakinlər istəkləri üzrə gündəlik tələbat malları, eləcə də geyimlərlə təmin olunurlar.
Daha sonra Niyazi Bayramov və Zeki Öztürk zərərçəkənlərin müvəqqəti məskunlaşdıqları yataqxanaya gəlib, buradakı şəraitlə tanış olublar.
Şəhər rəhbəri bildirib ki, Erməni terroru nəticəsində zərər çəkənlərə dövlətimiz tərəfindən bütün lazımi köməkliklər göstərilir, onların qayğı və problemləri ilə maraqlanılır. O qeyd edib ki, bu məsələ ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
Ermənistanın mülki vətəndaşların yaşayış məntəqələrinə endirdiyi raket zərbələrini qınadığını deyən Zəki Öztürk bildirib ki, Türkiyə haqlı davasında daim Azərbaycanın yanındadır.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk sakinlərlə birlikdə şam yeməyi yeyiblər, uşaqlara hədiyyələr verilib.
Xatırladaq ki, 17 oktyabr 2020-ci il tarixində saat 01:00 radələrində Gəncə Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulub. Nəticədə 5-i uşaq, 5-i qadın olmaqla, 14 nəfər həlak olub, 55 nəfər yaralanıb. 20 ev tamamilə dağılılıb, 4 uşaq bağçası-körpələr evi, 1 məktəb və 1 poliklinikaya ziyan dəyib.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar