Bəhreyn Krallığı cəbhədə baş verən son hadisələrə münasibət bildirib
Bəhreyn Krallığının vəliəhdi şahzadə Salman bin Həməd Al Xəlifənin sədrliyi ilə Nazirlər Şurasının 28 sentyabr 2020-ci il tarixində keçirilən iclasında bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələrə də münasibət bildirilib.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, iclasda “Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ regionunda gərginliyin və qarşıdurmanın azaldılması, regionda və dünyada təhlükəsizliyin və sabitliyin bərqərar olması məqsədilə ixtilafların beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində dialoq və siyasi həll yollarına müraciət edilməsi çağırışı” ifadə olunub.
Bəhreyn Krallığı Nazirlər Şurasının yuxarıda qeyd olunan bəyanatında münaqişə tərəflərinin hər ikisinə müraciət edilməsinə baxmayaraq, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad olunub.