azadses.az » Siyasət » Azərbaycanda son 5 ildə kənd təsərrüfatı xərcləri 27 % artıb

Azərbaycanda son 5 ildə kənd təsərrüfatı xərcləri 27 % artıb

2024-cü ildə Azərbaycanda kənd təsərrüfatı xərcləri 2020-ci illə müqayisədə 233,6 milyon manat və yaxud 27,1 % artıb.

"Report" bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Sənədə əsasən, ötən il kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq bütövlükdə büdcə xərclərinin 4,7 %-i qədər və yaxud 1 milyard 777,2 milyon manat məbləğində vəsait ayrılıb. Bu da proqnoza nisbətən 135,4 milyon manat (7,1 %) az, 2023-cü illə müqayisədə isə 138,6 milyon manat və yaxud 8,5 % çoxdur.

Bundan başqa, 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən, ehtiyat fondlardan və ehtiyat mənbələrdən ayrılmış əlavə olaraq 1 milyard 75,8 milyon manat vəsait də nəzərə alınmaqla kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsinə büdcə xərclərinin 7,6 %-i qədər və yaxud 2 milyard 853 milyon manat vəsait yönəldilib ki, bu da 2023-cü illə müqayisədə 166,3 milyon manat və yaxud 6,2 % çoxdur.

Hesabat ilində kənd təsərrüfatı xərcləri ÜDM-in 0,9 %-ni, dövlət büdcəsi xərclərinin isə 2,9 %-ni təşkil edib.

Funksional təsnifata uyğun olaraq (dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış vəsait istisna olmaqla) 2024-cü ildə kənd təsərrüfatı xərcləri üzrə istifadə olunmuş vəsaitin 524,7 milyon manatı və ya 47,9 %-i kənd təsərrüfatı tədbirlərinə (2023-cü illə müqayisədə 40,8 milyon manat və yaxud 8,5 % çox), 438,1 milyon manatı və yaxud 40 %-i meliorasiya tədbirlərinə (2023-cü illə müqayisədə 14,6 milyon manat və yaxud 3,4 % çox), 103,8 milyon manatı və yaxud 9,4 %-i (2023-cü illə müqayisədə 99,6 milyon manat və yaxud 24,7 % çox) kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlərə, 29,2 milyon manatı və yaxud 2,7 %-i baytarlıq tədbirlərinə (heyvan sağlamlığının təmin edilməsi və heyvandarlıqda məhsuldarlığın artırılması, vaksinlərin və baytarlıq ləvazimatlarının alınması baytarlıq xidmətlərinin həyata keçirilməsi), 100 milyon manatı Şirvan suvarma kanallarının yenidən qurulması ilə bağlı xərclərə yönəldilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib