azadses.az » Siyasət » Azərbaycanın ilk daxil olduğu qurumlardan biri ECO-dur və onun fəaliyyətinə böyük önəm verib - RƏY

Azərbaycanın ilk daxil olduğu qurumlardan biri ECO-dur və onun fəaliyyətinə böyük önəm verib - RƏY

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır (ECO) və onun fəaliyyətinə böyük önəm verib.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərli deyib.

O qeyd edib ki, təşkilatın bütün üzv ölkələrini həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir:

"Dövlətimiz ECO üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış edib. Bakı 2006 və 2012-ci illərdə ECO Zirvə Toplantılarına ev sahibliyi etmiş, bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri, istiqamətləri öz əksini tapıb.

2012-ci il oktyabrın 16-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə görüşü keçirilib. Zirvə toplantısının yekununda Bakı bəyannaməsi qəbul edilib".

M.Cəfərlinin sözlərinə görə ECO-ya üzv dövlətlər 2020-ci ilə qədər mövcud olan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə konkret münasibət bildirib, beynəlxalq normalara qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistana tənqidi yanaşıb və ölkəmizin maraqlarını haqlı olaraq müdafiə ediblər:

"2021-ci il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Prezident İlham Əliyev iştirak etmişdi. Demək olar ki, ECO-nun Aşqabadda keçirilən Zirvə görüşünü Azərbaycan üçün olduqca uğurlu qiymətləndirmək olar. Zirvə görüşündə qəbul edilmiş “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə Azərbaycanın maraqlarınə müdafiə edən müddəalar da yer alır.

İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilən hesabatlarda “dəhliz” anlayışı “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı sənədlər” kontekstində öz əksini tapıb. Bakının uğurlu xarici siyasətinin nəticəsi olaraq bu mümkünləşib. Bu isə Azərbaycan Prezidentinin təklif etdiyi “3+3” əməkdaşlıq formatına digər İƏT ölkələrinin də qoşulma şansını artırır".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 4 otaqlı ev tamamilə yanıb
  2. Ötən gün vətəndaşların bank kartlarından 13 min 500 manat kiber üsulla oğurlanıb
  3. Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı apreldə 29 % artıb
  4. Ötən gün vətəndaşların bank kartlarından 13 min manatdan çox pul kiber üsulla oğurlanıb
  5. Göyçayda 51 yaşlı kişi xəstəxanada əməliyyat zamanı ölüb
  6. İrandan Azərbaycana 25 kq narkotikin keçirilməsinin qarşısı alınıb
  7. Kür və Arazda suyun səviyyəsi artıb - YENİLƏNİB
  8. Bəzi çaylarda sululuq artıb
  9. Ötən gün vətəndaşların bank kartlarından 30 min manatdan çox pul talanıb
  10. Samuxda çox sayda xırdabuynuzlu heyvan oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
Böyük Britaniya, Niderland və Avstraliyadan olan beynəlxalq alimlər qrupu 70 milyon il əvvəl Britaniya sahillərində yaşayan Ətraflı
Həftəsonu 20 min 549 bakalavr magistraturaya imtahan verəcək
Həftəsonu 20 min 549 bakalavr magistraturaya imtahan verəcək
Mayın 11-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək. Bu barədə "Report"a Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib