Nazirlik: Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar 3800 əlilliyi olan şəxs var
- Bu gün, 12:13
- Siyasət
Hazırda Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan 3800 şəxs var.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzadan 39 il ötür. Bu dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycandan da xeyli sayda insan iştirak edib:
"Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hələ 1993-cü ildə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib, bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi sahəsində mühüm addımların atılmasına başlanıb. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının da ildən-ilə güclənməsinə imkan verib".
Çernobıl qəzası ilə əlaqədar əlilliyi olanlar iki qrupa bölünür:
Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslər (2 mindən çox şəxs);
Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslər (1800-dək şəxs).
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən:
Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər mənzil və avtomobillə təmin olunur;
Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manat, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manat, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manat) ödənilir;
Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər də Prezidentin aylıq təqaüdü (200 manat, I dərəcə gözdən əlilliyi olanlar 300 manat) ilə təmin edilir;
Hər iki qrupa aid əlilliyi olan şəxslərə əlilliyə görə aylıq pensiya və ya aylıq müavinət (əlillik dərəcələri üzrə müavinət hazırda müvafiq olaraq 270 manat, 220 manat, 150 manatdır) ödənilir;
Bütün I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər Prezidentin aylıq təqaüdü (100 manat) ilə təmin olunur;
Həmçinin hər iki qrupa aid əlilliyi olanların müalicəsi üçün hər il onlar birdəfəlik müavinətlə və Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqları, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan uşaqları aylıq müavinətlə təmin edilir.