İspaniya XİN: Bakı ilə İrəvan arasında əldə olunmuş razılaşmanı məmnuniyyətlə qarşılayırıq
- Dünən, 08:54
- Siyasət
İspaniyanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.
“Report” xəbər verir ki, bu barədə xarici siyasət idarəsi bəyanat yayıb.
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında əldə olunmuş razılaşma xəbərini İspaniya məmnuniyyətlə qarşılayır və ümid edir ki, bu bəyanat hər iki ölkə arasında yekun sazişin bağlanmasına gətirib çıxaracaq”, – sənəddə qeyd olunub.
Bildirilib ki, Madrid regionda “sülh və sabitliyə öz sadiqliyini bir daha təsdiqləyir”.
Xatırladaq ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron, Estoniyanın, Latviyanın, Sloveniyanın XİN başçıları Marqus Sahkna, Bayba Braje, Tanya Fayon, habelə Avstriyanın xarici siyasət idarəsi Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlamışdılar.
Bundan başqa, ABŞ-nin respublikaçı konqresmeni Co Vilson tərəfləri prosesin başa çatması ilə əlaqədar Prezident Donald Trampın şüarı ilə dəstəkləmişdi.