Ombudsman bu halda istefaya göndərilə bilər
- 25-08-2020, 08:30
- Siyasət
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdiyinə görə 400 manat məbləğində cərimə edilib.
Bu, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Qeyd olunur ki, insan hüquqlarını qorumaq vəzifəsi olan şəxsin sərtləşdirilmiş qaydalarını pozaraq toy mərasiminə qatılması yolverilməzdir, hətta onun istefası tələb olunur.
Pravda.az Ombudsmanın səlahiyyətlərinə vaxtından əvvəl hansı hallarda xitam verilə biləcəyi məsələsini araşdırıb.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununun 7-ci (Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi) maddəsinə əsasən, müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
1.Müvəkkilə aid tələblər pozulduqda;
2.Müvəkkil öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə;
Azərbaycan Respublikası Milli Məclisinin iclasında aşağıdakı hallar elan edildikdə, Azərbaycan Respublikası Milli Məclisinin sədri öz sərəncamı ilə Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir:
1.Müvəkkil vəfat etdikdə;
2.Müvəkkil barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda;
3.Müvəkkil vəzifəsindən könüllü yazılı istefa verdikdə.
Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının Prezidenti 30 gün müddətində Azərbaycan Respublikası Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.
Xatırlatma: S.Əliyevanın həyat yoldaşı Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verib.
Qeyd: Sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub. Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar. Bundan əlavə, toyda iştirak edən daha 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.