azadses.az » Siyasət » Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında COP29-un vacibliyindən danışdı

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında COP29-un vacibliyindən danışdı

"COP29-a ev sahibliyi Azərbaycanın iqlim gündəliyinə cavab verməyə və qlobal iqlim fəaliyyətinə töhfə verməyə hazır olduğunun sübutu və tanınmasıdır".

"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində "Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək" mövzusunda çıxış edərkən bildirib.

Nazir Azərbaycanın COP29 sədrliyi fəaliyyəti, prioritet və təşəbbüsləri barədə üzv dövlətlərin nümayəndələrinə ətraflı məlumat verib. XİN başçısı Azərbaycanın COP29 sədirliyində 14 əsas təşəbbüs və bəyanlar ilə müəyyən olunmuş məqsədləri dəstəkləməklə yanaşı, onlara çatmaq üçün müvafiq alətlərin də təmin olunmasına kökləndiyini diqqətə çatdırıb:

"2024-cü ilin noyabrında Azərbaycan iqlim dəyişkənliyi ilə mübarizədə həmrəyliyi rəhbər tutaraq COP29 konfransına ev sahibliyi edəcək. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və iqlimlə mübarizədə əməkdaşlıq ruhunu irəli aparmaq üçün səylərini əsirgəməyəcək. Bu il COP29-a ev sahibliyi etmək və qərar vermək üçün beynəlxalq ictimaiyyət tərəfindən bizə göstərilən ümumi öhdəlik və mənəvi etimad Azərbaycanın iqlim gündəliyinə cavab verməyə və qlobal iqlim fəaliyyətinə töhfə verməyə hazır olduğunun sübutu və tanınmasıdır. Gələcək prezidentlik dövründə Azərbaycan COP29-un şəffaf, qərəzsiz, əhatəli və tərəflərlə əsaslı şəkildə həyata keçirmək öhdəliyini bir daha təsdiqləyir. Biz ambisiyaları artırmaq və iqlim maliyyəsi ilə fəaliyyətə imkan yaratmaq üçün iki paralel sütuna əsaslanan vizyonumuzu bu il əsas prioritetimiz kimi təqdim etdik. Bu sütunlar bir-birini gücləndirir.

"Əsas gözlənti iqlim maliyyəsi üzrə ədalətli və iddialı yeni kollektiv, kəmiyyətcə müəyyən edilmiş məqsəd haqqında razılaşmadır. Bu, İqlim Dəyişikliyinə dair Paris Sazişini qəbul etdikdən sonra ilk böyük iqlim maliyyəsi məqsədi olacaq və biz tərəflərlə razılaşma əldə etmək üçün yorulmadan çalışırıq", - o vurğulayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib