Rusiya Azərbaycanda çevriliş etmək istəyib: Ramiz Mehdiyev və Eldar Həsənov... - SENSASİON DETALLAR ÜZƏ ÇIXDI
- 18-08-2020, 11:31
- Siyasət
“Eldar Həsənov korrupsiya, dövlət büdcəsini talan etmə maddəsi ilə saxlanılıb. Amma bu istintaqın və həbsin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılması göstərir ki, burada həm də dövlət təhlükəsizliyi ilə bağlı müəyyən məsələlər var”.
AZSABAH.COM xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu deyib. O, bildirib ki, bundan xeyli əvvəl mediada belə bir məlumat getmişdi ki, Eldar Həsənovu prezident kimi hazırlayırlar…
“İkinci tərəfdən, İlham Əliyev demişdi ki, Xarici İşlər Nazirliyinin bir çox səfirləri işlədikləri ölkənin kəşfiyyat orqanları tərəfindən ələ alınııb və onların maraqlarına xidmət edir. Əgər, biz Eldar Həsənovla bağlı bu faktları yan-yana qoysaq, onda belə bir mənzərə yaranır ki, Eldar Həsənov Serbiya və başqa dövlətlərlə əlaqəyə girib, Azərbaycanda dövlət çevrilişi yoluyla hakimiyyətə gəlmək istəyib, prezident olmaq istəyib. Verilən məlumatları bir-biri ilə birləşdirsək, belə bir nəticə alınır.
Eldar Həsənovla bağlı çıxan məlumatlarda nə o, özü təkzib verib, nə də Azərbaycan hökuməti ortaya bir mövqe qoyub. Yəni faktiki olaraq buradan çıxan nəticə budur ki, belə bir dövlət çevrilişi planı var. Bu versiyanın həqiqət payı var. Çünki belə bir ehtimal yoxdursa, Azərbaycan hökuməti təkzib verməli idi. Məmur haqqında əsaslı dəlil yoxdursa, dərhal yüksək səviyyədə təkzib gəlir.
Eləcə də Eldar Həsənovun diplomatik xidmətdə ola-ola iqtidar daxili oyunlarda iştirak etməsi, prezident olmaq istəməsi barədə məlumatlara hökumətdə ciddi bir reaksiya yoxdur. Əksər səfirlərimiz xarici ölkələrin kəşfiyyat orqanlarına cəlb olunub, rüşvətxorluq baş alıb gedir…
Təbii ki, Eldar Həsənovun rəhbərlik etidyi səfirlikdə də belə faktlar var. Məncə, burada korrupsiya ilə bağlı ittiham əsas ittiham üçün örtük rolunu oynayır. Yəni Eldar Həsənovu dövlətə xəyanətə və ya dövlət çevrilişinə cəhdə görə həbs ediblər. Amma publika üçün həbsin səbəbi korrupsiya göstərilir”.
S. Cəlaloğlu deyib ki, əsl məqamların cəmiyyətə açıqlanması istintaqın nəticələrindən asılı olacaq: “Əgər qəzetlərdə yazılan faktlar həqiqətdirsə, Eldar Həsənov təklikdə bu qədər işləri görə bilməzdi. Onunla kim bu işlərdə iştirak edib, iqtidarın daxilində bu işlə bağlantılı kimlər var, bu işə kimlər cəhd edib, onların dairəsi müəyyənləşdiriləcək. Yəqin ki, Eldar Həsənovun həbsindən sonra onunla bağlı daha ciddi həbslər olacaq. Yəni bu, bir fərdin həbsi yox, mütəşəkkil qrupun həbsi kimi meydana çlxacaq. Təbii ki, bu səfirliklərdə çalışanların da həbsi istisna olunmur.
“Biz deyə bilərik ki, bu həbslə Rusiyanın hakimiyyətdəki qol-budaqları kəsilir?” sualına cavab olaraq partiya sədri təsdiq cavabı verib: “Əlbəttə, dövlət çevrilişində adı hallanan adamların hər ikisi Rusiyanın buradakı təmsilçiləridir – Ramiz Mehdiyev və Ramil Usubov. Bunların hər ikisi də, sirr deyil ki, Rusiyanın təsiri altındadır. Eldar Həsənovun adının da bunlarla yanaşı çəkilməsi göstərir ki, o da Rusiyanın adamıdır.
Azərbaycanda dövlət çevrilişi ilə hakimiyyəti dəyişdirmək Rusiyanın planlarına daxildir. Son vaxtlar İlham Əliyevin Rusiyadan uzaqlaşmaq, Türkiyəyə yaxınlaşmaq xətti götürməsi, Dağlıq Qarabağ məsələsində müstəqil siyasət aparması Rusiyanın xoşuna gəlmir və onu bu cür – çevriliş yoluyla dəyişdirmək istəyir.
Bu zaman da deyilən qrupun üzərində durur. Bu da bir versiyadır. Faktlar hamısı üst-üstə düşür. İnandırıcı idi ki, bu versiyadakı qüvvələr İlham Əliyevə qarşı saraydaxili çevriliş həyata keçirmək istəyir və bizim də Dövlət Təhlükəsizlik Xidməti bu məsələni ifşa edib. Həm də mənə elə gəlir ki, Azərbaycanda son vaxtlar bəzi ciddi məsələlərin üstününü açılması Türkiyə kəşfiyyat orqanlarının sayəsindədir”.(”Hürriyyət” qəzeti)