azadses.az » Siyasət » “Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasına qatılması müzakirə edilir”

“Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasına qatılması müzakirə edilir”

Son bir ay ərzində baş verən Tovuz döyüşləri, Serbiyanın, Rusiyanın Ermənistana silah göndərmək dəstəyi və Azərbaycanın Türkiyə ilə geniş hərbi təlimləri həm işğal olunmuş ərazilər ətrafında, həm də regional münasibətlərlə bağlı müzakirələri canlandırıb. Bu hərbi təlimlərdən sonra ictimaiyyətdə Türkiyənin Azərbaycanda hərbi baza saxlaması, Türkiyənin ATƏT-in Minsk qrupunda həmsədrlərdən biri olması kimi təkliflər və ictimai tələblər irəli sürülür. Eyni zamanda, sülh danışığında həmsədr olan Rusiyanın işğalçı dövlət olan Ermənsitanı silahlandırması Azərbaycan ictimaiyyətində etirazlar doğurub. Bu məsələ ətrafında ekspertlər, ictimai şəxslər təhlil apararaq “Azərbaycanın dostları”nı müəyyən etməyə çalışırlar. 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı gücləndirmək və çoxsaylı birgə hərbi təlimlər vasitəsilə Cənubi Qafqazda sürətlə möhkəmlənir: “Bununla paralel olaraq Türkiyənin danışıqlar prosesində fəal iştirakı, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasına qatılması da müzakirə edilir.
Əlbəttə, Azərbaycan işğala dözüm nümayiş etdirən və Ermənistanın nazıyla oynayan ABŞ, Fransa və Rusiyanın əvəzinə həmsədrlikdə Türkiyəni görmək istəyir. Ancaq bunun praktik olaraq reallaşdırılması çətindir. Ermənistanla yanaşı adı çəkilən 3 həmsədrin heç biri Türkiyənin onlara qoşulmasını istəmir. Çünki, Vaşinqton, Paris və Moskva Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinin əleyhinədirlər.Türkiyənin həmsədrlikdə təmsil olunması uğrunda mübarizə enerjinin boşa xərclənməsidir. Onsuz da Ermənistanın sərhəddə törətdiyi son təxribatlar fonunda həmsədlərin fəaliyyətinə ehiyac qalmayıb, növbəti danışıqlar prosesi işğalın uzanmasına xidmət edəcək. Rəsmi Bakının məzmunsuz danışıqlardan qeyri-rəsmi şəkildə imtinası torpaqları işğaldan azad etmək qətiyyətindən xəbər verir. Digər tərəfdən Azərbaycan və Türkiyə rəsmiləri, o cümlədən generalları günlərdir açıqlama verirlər ki, iki ölkə işğal altındakı torpaqları birgə azad etməyə hazırdılar. Bu dünyaya verilən ciddi mesajdır. Danışıqlardansa, bu strategiyanın davam etdirilməsi zəruridir”.
E.Şahinoğlu qeyd edib ki, Prezident İlham Əliyevin həmkarı Putinlə danışığı zamanı verdiyi mesaj budur ki, Azərbaycan Ermənistanla mübarizədə tək deyil: “Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə son telefon danışığında Rusiyanın Ermənistana hərbi dəstəyini artırmasından narahatlığını bildirdi. İlham Əliyev telefon söhbətində hərbi texnika ilə dolu Rusiya hərbi təyyarələrinin Ermənistana Qazaxıstan, Türkmənistan və İran səmasından daşıdığı söyləməklə iki vacib mesaj da vermiş oldu.
Birinci mesajın mənası odur ki, Azərbaycana dost dövlətlər Bakıya kifayət qədər kəşfiyyat məlumatları veriblər ki, Rusiyanın hansı ölkələrin səması üzərindən Ermənistana hərbi texnikanın daşındığı üzə çıxsın. Bu yolla Rusiya prezidentinin diqqətinə çatdırıldı ki, Azərbaycan Ermənistanla mübarizədə tək deyil.
İkinci mesaj isə dolayısıyla Qazaxıstana, Türkmənistana və İrana ünvanlandı. İşğalçı Ermənistana hərbi yüklərin Qazaxıstan səması üzərindən daşınması Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işə yaramadığının göstəricisidir. Əslində bu şuranın nüvəsini elə Türkiyə-Azərbaycan ittifaqı formalaşdırır. Doğrudur, Qazaxıstan Rusiya və Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ancaq əgər Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olarkən Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev şərt irəli sürərək, Dağlıq Qarabağ mallarının ortaq bazara çıxarılmasının əleyhinə olduğunu qətiyyyətlə söyləmişdisə, bu ölkənin hazırki prezidenti Kasım-Jomart Tokayev də ölkəsinin hava səmasından Ermənistana hərbi yüklərin daşınmasına “yox” deməliydi. Rusiyanın Astananın Ermənistana “yox” cavabına görə Qazaxıstana təzyiq edəcəyi az ehtimal olunur. Buna baxmayaraq, Astana Moskva-İrəvan ikilisində yer almağa qərar verdi.
Aşqabad da neytral xarisi siyasətinə və heç bir hərbi blokda yer almamasına rəğmən, Rusiyanın Türkmənistanın səması üzərindən Ermənistana hərbi yükün daşınmasına razılıq verdi.
Sözdə Azərbaycanın ərazi bütövlüyünü vurğulayan Tehran da bu “qrupda” yer aldı. Halbuki, Tehranın Moskvaya “yox” cavabı İran-Azərbaycan münasibətlərinə müsbət təsir edərdi. Ancaq Tehran fərqli yol seçdi və səması üzərindən işğalçı Ermənistanın silahlandırılmasına üstünlük verdi.
Rəsmi Bakının bu ölkələrə nota verməsi və ya diplomatik kanallarla məsələni aydınlaşdırması zəruridir. Məsələn, rəsmi Bakı Ermənistana silah satdığına görə Serbiyaya etirazını bildirdi. Serbiya prezidenti Azərbaycanla münasibətləri təhlükə altına atmamaq üçün təcili Bakıya nazirini göndərdi və belə anlaşıldı ki, Belqrad bir daha Azərbaycanın düşməninə silah satmayacaq. Eyni izahat işinin Qazaxıstan, Türkmənistan və İranla aparılmasına ehtiyac yaranıb”
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu